“Rusiyanın Cənubi Qafqazda əsas dayağı Ermənistandır, lakin biz ondan qurtulmalıyıq” – Çakryan

2021/12/chakr-1639563481.jpg
Oxunub: 870     15:17     13 Avqust 2022    
“Rusiya və Türkiyə Ermənistanın maraqlarına ziyan vurmaqla əməkdaşlıq edir”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas ekspert Hakob Çakryan bildirib.

O qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda əsas dayağı Ermənistandır.

“Lakin biz ondan qurtulmalıyıq. Ermənistan Rusiyanı dəstəkləməsə, bizə heç bir zərər ola bilməz, faydası da mütləq mümkündür. Heç kim rus müttəfiqimiz kimi başımıza bu qədər bəla gətirməyib. Ermənistanda bununla bağlı aydın anlayış olmalıdır”, - deyə Çakryan bildirib.

Çakryan bu yaxınlarda Ərdoğan-Putin görüşü ilə bağlı deyib ki, Putinin Ermənistanın xeyrinə hər hansı müzakirə aparması mümkün deyil.

“Əslində bizim problemimiz Putin deyil, Putinin öz məqsədlərinə çatmaq üçün istifadə etdiyi Qarabağ klanıdır. Biz o zibildən qurtulmayana qədər heç bir müsbət nəticə əldə edə bilmərik”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin