Erməni iranşünas: “Bütün mövzular dəhlizlə bağlıdır, dəhliz Ərdoğana çox lazımdır”

2022/05/00-10-1652263891.jpg
Oxunub: 641     14:35     13 Avqust 2022    
Bir neçə gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Qeyd olunur ki, rəsmilər Tehran-Ankara ikitərəfli münasibətlərini, həmçinin İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Vyana danışıqlarını müzakirə ediblər.

Türkiyə tərəfinin məlumatına görə, nazirlər nüvə danışıqları, İranda baş verən sel hadisələri, ikitərəfli münasibətlərin inkişafı və dərinləşməsi, Yaxın Şərq, həmçinin regional və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə ediblər.

Erməni iranşünas ekspert Emma Beqicanyanın sözlərinə görə, Türk-İran münasibətləri həmişə qarşılıqlı inamsızlıq üzərində qurulub.

“Burada türk deyəndə Türkiyə-Azərbaycan tandemini nəzərdə tuturam. Ölkələrin taktiki maraqları var və o zaman bir-biri ilə əməkdaşlıq edirlər. Türkiyə birtərəfli sanksiyalara qarşı olduğunu hər zaman bəyan edib, əslində isə maraqları tələb edəndə sanksiyalardan yana olur.

İran çətin vəziyyətdədirsə, Türkiyə bundan qalib kimi çıxır. Deməli, onların danışıqlarında, müzakirələrində heç bir təhlükə yoxdur”, - deyə ekspert bildirib.

Beqicanyanın sözlərinə görə, Zəngəzur dəhlizi İran üçün “qırmızı xətt”dir.

“Nüvə sazişi bərpa olunmasa, Türkiyə buna sevinəcək. O zaman müəyyən asılılıq, İrana təzyiq etmək imkanı yaranacaq. Ümumiyyətlə, bütün mövzular dəhlizlə bağlıdır. O dəhliz Ərdoğana çox lazımdır”, - deyə erməni ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   Ermənistan  


Bizi "telegram"da izləyin