Almaniya Malidə hərbi əməliyyatları dayandırıb

2022/08/1660379010.jpg
Oxunub: 480     15:08     13 Avqust 2022    
Malidə çevrilişlə hakimiyyətə gələn qüvvələr BMT-nin sülhməramlı missiyasına uçuş hüququ verməkdən imtina etdiyi üçün Almaniya bu ölkədə apardığı hərbi əməliyyatları dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi deyib ki, Mali hökuməti bu gün planlaşdırılan uçuşa uçuş hüququ verməkdən bir daha imtina edib. Buna cavab olaraq Almaniya kəşfiyyat qüvvələrinin əməliyyatlarını və CH-53 helikopterlərinin uçuşlarının növbəti xəbərdarlığa qədər dayandırılması qərarına gəlib.

Almaniyanın bu addımı Mali hakimiyyətinin qiyamçılara qarşı mübarizədə Fransadan üz döndərib Rusiyaya tərəf döndüyü bir vaxta təsadüf edir. Uzun müddət davam edən üsyan minlərlə insanın həyatına son qoyub, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Qeyd edək ki, Bamako ilə onun keçmiş müstəmləkə gücü və ənənəvi müttəfiqi olan Paris arasında münasibətlər son aylarda pisləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Mali  


Bizi "telegram"da izləyin