ABŞ-ın “Mojave” zərbə PUA-ları qısa mənzilli uçuş və eniş həyata keçirib

2022/08/1660377957.jpg
Oxunub: 612     16:23     13 Avqust 2022    
ABŞ-ın GA-ASI şirkəti tərəfindən uyğun olmayan uçuş-enmə zolaqları üçün hazırlanmış “Mojave” zərbə PUA-ları qısa mənzilli uçuş və eniş həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

2021-ci ildə təqdim olunan “Mojave” 300 futdan az məsafədən havaya qalxıb və sonra enib.

ABŞ-da yerləşən “General Atomics Aeronautical” şirkəti tərəfindən hazırlanmış yeni PUA xüsusilə çətin coğrafi mühitlərdə və döyüş bölgələrində qısa mənzilli uçuş və eniş üçün nəzərdə tutulub.

Platforma MQ-9 “Reaper” və MQ-1C “Grey Eagle-ER” PUA-larına bənzəyir. 16 ədəd AGM-114 “Hellfire” və ya 1633 kq ağırlığında digər faydalı yüklər daşıya bilər.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mojave  


Bizi "telegram"da izləyin