ABŞ Ordusunun “Squad” avtomatlarına kəşfiyyat sistemləri inteqrasiya ediləcək

2022/08/1660377814.jpg
Oxunub: 403     12:16     15 Avqust 2022    
ABŞ Ordusu performansını artırmaq və əməliyyat xərclərini azaltmaq üçün yeni nəsil avtomat silahlarına (NGSW) kəşfiyyat sistemləri inteqrasiya etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri məlumat yayıb.

Amerikanın “Armaments Research Company” texnologiya şirkəti ən müasir silah sisteminin modernləşdirilməsi üçün NGSW-in istehsalçısı “Sig Sauer” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Razılaşmanın bir hissəsi olaraq, Vaşinqtonda yerləşən şirkət ABŞ Ordusunun NGSW proqramına Əşyaların İnterneti texnologiyasını təqdim edəcək.

Əşyaların İnterneti bir-biri ilə əlaqəli hesablama cihazları, rəqəmsal maşınlar və unikal identifikatorları olan obyektlər sistemidir. O, insandan insana və ya insandan kompüterə qarşılıqlı əlaqə tələb etmədən məlumatları şəbəkə üzərindən ötürə biləcək.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Squad   ABŞ  


Bizi "telegram"da izləyin