ABŞ Müdafiə Nazirliyi: Ukrayna Xarkovda bəzi uğurlar əldə edib

2022/03/1646218100.jpg
Oxunub: 466     09:55     13 Avqust 2022    
“Şimaldakı Ukrayna qüvvələri bəzi ərazilərdə, o cümlədən Xarkovda müəyyən uğurlar əldə ediblər. Xersonda Ukrayna qüvvələri Rusiya qoşunlarına qarşı sərt təzyiqləri davam etdirir. Buna misal olaraq Rusiya qüvvələrinin istifadə etdiyi körpülərin dağıdılmasını göstərə bilərik”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adını açıqlamayan yüksək rütbəli rəsmisi bildirib.

“Biz avqustun 9-da baş vermiş partlayışın səbəbini bilmirik. Amma aydın olan odur ki, Ukraynaya hücum üçün istifadə edilən Rusiya təyyarələri və hərbi sursatlarına ciddi ziyan dəyib. Ukraynanın şərqindəki Zaporojye Atom Elektrik Stansiyası hazırda Rusiyanın nəzarətindədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətinə görə, nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Lakin durum dəyişə bilər”, - Pentaqon rəsmisi söyləyib.

Rəsmi qeyd edib ki, Rusiya Ukrayna ərazisini fərq qoymadan atəşə tutmaqda davam edir. Nəticədə mülki şəxslər arasında xeyli ölən var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarkov   Ukrayna  


Bizi "telegram"da izləyin