Pentaqon: ABŞ Krıma hücum etmək üçün Ukraynaya silah verməyib

2021/09/16298-1631594947.jpg
Oxunub: 380     04:00     13 Avqust 2022    
“Birləşmiş Ştatlar Ukraynaya Krımdakı aerodroma zərbə endirə biləcək heç bir silah vermədi”.

Ordu.az xəbər verir ki, bunu avqustun 12-də keçirilən qapalı brifinqdə Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

O, əlavə edib ki, ABŞ-ın aerodromdakı hücumun raketlərlə həyata keçirildiyini göstərəcək sübutu yoxdur.

Xatırladaq ki, avqustun 9-da Krım yarımadasının Novofedorovka hərbi aerodromunda partlayışlar baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin