ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

2021/10/16123-1634271655.jpg
Oxunub: 307     02:22     13 Avqust 2022    
ABŞ hakimiyyəti Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafı halında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə operativ cavab verəcək.

Ordu.az xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək.

“Rusiya birtərəfli qaydada Ukrayna ərazilərini ilhaq etməyə cəhd etsə, diplomatik danışıqların perspektivlərini təmin etmək xeyli çətinləşəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin