ABŞ 80 ildən sonra NATO-nun şərq ölkələrinə hava-desant qüvvələri göndərəcək

2022/08/max12-1660366991.jpg
Oxunub: 352     00:40     13 Avqust 2022    
ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək qərarına gəlib. Bu bölgələrə hava-desant diviziyası göndəriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası Twitter-də məlumat yayıb.

Paraşütçülərin göndərilməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədindən sonra baş verir. 101-ci hava-desant diviziyasının 2 400 əsgəri Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək.

Qeyd edək ki, gələn ilə qədər NATO-nun 40 minlik Avropanın çevik reaksiya qüvvələrinin hazırkı gücü 300 mindən çox əsgərə çatdırılmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin