Avstraliya Ordusu özünün “Bushmaster” zirehli maşınlarının elektrikli versiyasını təqdim edib.
Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri məlumat yayıb.
4×4 təkər formullu zirehli avtomobil 140 kilovat və 480 nanometr davamlı fırlanma momenti istehsal edə bilən iki hibrid elektrik mühərrikinə malikdir.
Mövcud dizel mühərriki əlavə 400 kilovat güc təmin edərək avtomobil üçün diapazonu genişləndirən funksiya yerinə yetirir.
“Thales” şirkəti tərəfindən hazırlanmış “Bushmaster” piyadaların daşınması, komandanlıq, patrul, dəstək, silah yerləşdirmə və təcili yardım variantlarında istehsal edilən 15 tonluq zirehli avtomobildir. Maşın 10-a qədər sərnişini partlayışdan mühafizə edir.
Maşın hazırda Avstraliya Müdafiə Qüvvələri və digər yeddi ölkə tərəfindən istehsal edilir.
Sevinc Əliyeva
Ordu.az