Cənubi Koreya kəşfiyyat PUA-ları və döyüş robotları almaq istəyir

2022/08/1660308896.jpg
Oxunub: 396     14:20     13 Avqust 2022    
Cənubi Koreya hökuməti iki yerli texnologiya şirkəti ilə antiterror missiyası üçün nəzərdə tutulmuş robot və kəşfiyyat PUA-sı hazırlamaq üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalmaları İdarəsi (DAPA) məlumat yayıb.

Müqavilələrin imzalanması Cənubi Koreyanın qabaqcıl texnologiyaların tətbiqi ilə “daha möhkəm ordu” yaratmağı hədəfləyən “Müdafiə İslahatı 4.0” təşəbbüsünün tərkib hissəsidir.

Müasir, çoxayaqlı robot istehsalı üçün “Hyundai Rotem” şirkəti ilə 3,5 milyon dollar dəyərində müqavilə imzalanıb. Robotlar antiterror əməliyyatları zamanı insan itkilərini minimuma endirmək üçün düşmən təhdidlərinin erkən müəyyən edilməsini həyata keçirə bilməlidir.

Kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulan PUA-ların istehsalını “Preneu” şirkəti həyata keçirəcək. Bunun üçün şirkətlə 3.3 milyon dollar dəyərində müqavilə imzalanıb.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   PUA  


Bizi "telegram"da izləyin