“Lragir”: Rusiya qoşunları “missiyanı” başa vurdu

2022/08/1659780912.jpg
Oxunub: 886     16:33     12 Avqust 2022    
Soçidə Putin-Ərdoğan paktından sonra Qarabağdakı rus kontingenti ermənilərin tərksilah edilməsi və yol rejiminin dəyişdirilməsi prosesinə başlayıb, bu da “sülhməramlı” missiyanın başa çatması deməkdir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” nəşri yazıb.

Nəşr bildirir ki, Ruslar nə qədər üçtərəfli bəyannamələrin qeyd-şərtsiz yerinə yetirilməsindən danışsa da, bir şey aydındır: onlar məsuliyyət zonası elan ediblər, ona görə də, onlar baş verənlərə birbaşa cavabdehdir.

“Üçtərəfli bəyannamələr rəsmən ləğv olunmayıb, amma bunun məsuliyyəti artıq ermənilərin üzərinə qoyulub.

Ermənilərə Putin-Ərdoğan paktının mahiyyətini izah etmək vəzifəsini Soçidən sonra bir sıra açıqlamalar verən Türkiyə tərəfi öz üzərinə götürüb. Çavuşoğlunun açıqlamasını xüsusilə qeyd edək: “İndi söhbət Azərbaycanın işğal olunmuş ərazilərindən, köçkünlərdən, qaçqınlardan və hər an yenidən başlaya biləcək münaqişədən deyil, regional sülh və əməkdaşlıqdan gedir””, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin