“Azərbaycan silahlı qarşıdurma və mübarizə ehtimalının qarşısını almağa çalışır” - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 1013     19:42     12 Avqust 2022    
“Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Qarabağ məsələsini Ermənistanın xarici siyasi gündəmindən çıxarır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” partiyasının deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bununla Ermənistan həm Azərbaycana xoş niyyətin təzahürü kimi xidmət edir, həm də Qarabağla bağlı gələcək siyasi nəticələrin məsuliyyətindən xilas olur.

“Azərbaycan Qarabağ istiqamətində taktiki yerdəyişmələr və yenidən qurulma yolu ilə elə bir vəziyyət yaratmağa çalışır ki, bu şəraitdə silahlı qarşıdurmanın və mübarizənin bütün imkanlarının mümkün qədər qarşısı alınacaq.

Bunun ardınca “yumşaq güc” vasitəsilə birgə yaşayış şəraitinin yaradılması prosesi gələcək və bu proses zamanı Azərbaycan infrastrukturdan birgə istifadə, güzəştli şərtlərlə müxtəlif xidmətlərin göstərilməsi və yardım üzrə iri layihələr təqdim edəcək”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin