Məhv edilən erməni artilleriyaçıların valideynləri MN-ə qarşı cinayət işinin açılmasını istəyir

2022/07/1658756238.jpg
Oxunub: 437     10:22     13 Avqust 2022    
44 günlük müharibədə məhv edilən ermənilərə məxsus “Tsori” hərbi hissəsindəki artilleriyaçıların valideynləri Ermənistan Müdafiə Nazirliyinə qarşı cinayət işinin açılmasını tələb edərək prokurorluğa müraciət ediblər.

Ordu.az xəbər verir ki, bu barədə məhv edilən erməni hərbçi Artak Mikayelyanın valideyni Civan Mikayelyan məlumat verib.

Onun sözlərinə görə, cinayət işinin başlanmasının əsas səbəbi nazirliyin “qaynar xətt”inə zəng etmələri və “qaynar xətt”dən hərbçilərin harada olması ilə bağlı məlumat verilməməsidir. Mikayelyanın sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi onları əmin edib ki, narahat olmağa dəyməz.

“Oktyabrın 12-dən sonra bir neçə dəfə qaynar xətlə əlaqə saxladım, dedilər ki, oğlunuzla bağlı məlumat yoxdur. Oğlumun adının heç bir siyahıda olmadığı deyilirdi. Hamıya eyni cavab verildi. Yəni mənim uşağım olmayıb?”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Tsori” D-20 diviziyasının məhv edilən 21 hərbçisindən 19-nun qalıqları müharibədən bir ildən artıq müddətdə aşkar edilib, 2 hərbçi isə itkin düşüb. Hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işi başlanıb, ayrı-ayrı məhkəmə prosesi gedir. İşdə onların komandiri Gevorq Gevorqyan ittiham olunur. O, öz həyatını xilas etmək üçün fəaliyyətsizlik göstərməkdə ittiham olunur.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin