Erməni ekspert: “Paşinyanın Azərbaycanla gizli anlaşması olub”

2022/05/timth-1652352887.jpg
Oxunub: 613     09:11     13 Avqust 2022    
“Laçın dəhlizinin təhvil verilməsi əvvəldən şərti xarakter daşıyırdı”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Qarnik Davtyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyanın Azərbaycanla gizli anlaşması olub.

“Mən güman edirəm ki, ictimaiyyətdən gizlədilən və sülh dövrü kontekstində təqdim edilən açıq-aydın xəyanətkar bir gizli proses var. Bütün çətinlikləri gizlətməklə, onlar yeni itkilərə səbəb olacaq sülh dövrü anlayışını irəli sürürlər.

Ekspertlərin Laçına alternativ yolun çəkilməsi ilə bağlı araşdırmaları hakimiyyət tərəfindən dezinformasiya, ictimaiyyətin gözünə toz sovurmaq kimi səciyyələndirilib. Laçın dəhlizinin təhvil verilməsi siyasi tənzimləmədir. Gələcəkdə güzəştlər əldə etmək üçün gizli razılaşmalar da var”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Paşinyan  


Bizi "telegram"da izləyin