Daşnaklar Ermənistan daxilində partizanlıq edir

2019/10/2-642-1572246066.jpg
Oxunub: 414     11:39     13 Avqust 2022    
Daşnaksütun partiyası bəyanat yayaraq Ermənistanın siyasi iqtidarına qarşı daha bir ittiham irəli sürüb, həmin gücə qarşı ümumerməni mübarizəsinə çağırıb. Rəsmi İrəvanı Türkiyə və Azərbaycanla “sui-qəsd razılaşması”nda ittiham edən Daşnaksütun Türkiyə lideri ilə 4 saatlıq danışıqlar aparan Putinə heç nə demir.

Ermənistanın “1in.am” nəşri bildirib ki, çətin vəziyyətdə Ermənistanın siyasi rəhbərliyinin səhvlərə yol verdiyini, səmərəsiz olduğunu, çağırışlara qarşı dura bilməyəcəyini və hətta bəlkə də bəzi qaranlıq işlərə yol verdiyini görmək olar.

“Ancaq Daşnakların bundan istifadə etməsi ikiüzlülük kimi görünür. Bu, Ermənistanın daxili işi ola bilər, ancaq Ermənistanın daxili işi bütün regiona təsir edir.

Bir neçə gün əvvəl Türkiyədə diplomatların toplantısı keçirili. Türkiyə və Azərbaycan beynəlxalq platformalarda öz səylərini mahiyyətcə birləşdirir. Orada Ermənistana müxtəlif səviyyələrdə bir neçə xəbərdarlıq edilib. Bu xəbərdarlıqlar yalnız Ermənistan hökumətinə yox, digər siyasi qüvvələrə da aiddir.

Daşnaklar faktiki olaraq Ermənistan daxilində partizanlıq edir və şəxsi prizmadan məsələlərə yanaşır. Bu, yalnız onların özü üçün deyil, bütün Ermənistan üçün təhlükəlidir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Daşnaksütun  


Bizi "telegram"da izləyin