Suriyalı ermənilərin “Zabux tryuku” necə nəticələnə bilər?

2020/12/4445-3215002810.jpg
Oxunub: 1164     21:03     13 Avqust 2022    
Bir qrup təxribatçı erməni Zabuxa gələrək kəndi tərk etməyəcəklərini və kəndi Azərbaycan ordusuna verməyəcəklərini bildiriblər. Məlum olduğu kimi, Zabux və Laçında qanunsuz məskunlaşan ermənilərə avqustun 25-ə qədər ərazini tərk etməyi tapşırıblar. Məsələnin mahiyyəti hər kəsə məlumdur.

Zabuxu tərk etmək istəməyən təxribatçı ermənilərə qarşı hansı vəziyyət yarana bilər? Çox güman ki, onların seçimlər çox deyil. Onlar ya Rusiya sülhməramlıları, ya da Ordumuz tərəfindən oradan çıxarılacaqlar. Həmçinin bu vəziyyətdə radikal ermənilər hər zamankı kimi hay-küy salacaq, emosional fonda siyasi aksiyalar qurulacaq.

Zabuxa gedən təxribatçı ermənilər Ermənistanda “vətənpərvər” kimi qarşılanacaq, bəziləri siyasi sahədə bundan yararlanmağa çalışacaq, onlara qoşulmayan şəxsləri “satqın” çıxaracaqlar.

Digər variant isə budur ki, kiçik hadisədən böyük eskalasiya yaranacaq, burada İrəvanı himayə edən aktorlar daha geniş siyasi problemləri həll etməyə çalışacaqlar. Aydındır ki, böyük eskalasiyanın benefisiarları var və İrəvan burada tək deyil. Bu isə o demək olacaq ki, erməni tərəfi böyük eskalasiyaya təhrik edir.

Növbəti zəif ehtimal budur ki, ermənilərin bir hissəsi kənddə Azərbaycanın nəzarəti altında qalacaq və Azərbaycanın təqdim etdiyi imkanlarla orada yaşamağa davam edəcəklər. Azərbaycan sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan digər ermənilərə müsbət mesaj göndərəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Zabux  


Bizi "telegram"da izləyin