Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqelərini razılaşdırıblar

2022/07/1659084717.jpg
Oxunub: 305     00:15     12 Avqust 2022    
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeləri razılaşdırıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri pzünün sosial media hesabında məlumat yayıb.

"Josep Borellə telefon əlaqəsi saxladıq. Ukrayna və Aİ Yaxın Şərq, Afrika və Asiyaya kömək məqsədilə taxıl dəhlizinin gələcək fəaliyyətini təmin etməkdə qərarlıdır. Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynaya silah tədarükü ilə bağlı mövqeləri razılaşdırdıq. Balkan yarımdadasındakı təhlükəsizlik vəziyyətini müzakirə etdik", - Ukraynanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin