İranın Qafandakı konsulu vəzifəsinin icrasına başlayıb

2022/08/62f53-1660239801.jpg
Oxunub: 1101     21:42     11 Avqust 2022    
Abedin Varamin İranın Ermənistanın Qafan şəhərində Baş konsulu təyin edilib.

Ordu.az xəbər verir ki,, bunu Ermənistan mətbuatına İran parlamentinin deputatı Robert Beqlaryan bildirib.

Deputat bildirib ki, Baş konsul artıq İrəvandadır, bir sıra görüşlər keçirib və vəzifəsinin icrasına başlayıb.

Bununla yanaşı, Beqlaryan əlavə edib ki, bürokratik maneələr diplomatın öz missiyasını tam şəkildə icra etməsinə mane olur: “Məndə olan məlumata görə, Baş konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafan   İran  


Bizi "telegram"da izləyin