Mali Rusiyadan daha 6 hərbi təyyarə və helikopter alıb

2022/08/1660223361.jpg
Oxunub: 611     17:33     11 Avqust 2022    
Mali uzun müddətdir davam edən qiyamla mübarizədə yaxın müttəfiqinə çevrilmiş Rusiyadan 5 hərbi təyyarə və 1 döyüş helikopteri alıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

5 ədəd L-39 və Su-25 reaktiv təyyarələrinin və 1 Mi-24P helikopterinin təhvil verilməsi mərasimində hərbi xuntanın rəhbəri Assimi Qoita də iştirak edib.

Sovet dövründən qalma döyüş təyyarələri Sahel əyalətində 2020-ci ilin avqustunda baş verən çevrilişdən sonra Rusiya ilə qurulan yaxın əlaqələr çərçivəsində alınıb.

Bildirilib ki, yeni tədarüklər kəşfiyyat və hücum imkanlarını gücləndirir.

Bu ilin aprel ayında Rusiyadan 2 Mi-24P helikopteri və müşahidə radarları, mart ayında isə 2 helikopter və mobil radar sistemi alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Rusiya  


Bizi "telegram"da izləyin