Türkiyənin “Gökdoğan” raketlərinin mənzilini artırılıb

2021/09/GOKDO-1631171691.jpg
Oxunub: 663     19:15     11 Avqust 2022    
Türkiyənin TÜBİTAK-SAGE müəssisəsi tərəfindən hazırlanan “Gökdoğan” raketlərinin mənzilinə mənzilini artırılıb.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Haber Global” telekanalına müsahibəsi zamanı məlumat verib.

Türkiyənin ilk milli “hava-hava” raketi hesab edilən “Gökdoğan” bu yaxınlarda F-16 qırıcılardan atılıb. Daha əvvəl 65 kilometr mənzilə sahib olan raketin mənzili yenidən nəzərdən keçirilib.

“Onların uçuş məsafəsi 100 km-dən çoxdur. Bu məsələdə çox da dərinə getməyək”, - deyə Dəmir bildirib.

Bu açıqlama ilə raketin mənzilinin təxminən 50% artdığını demək olar. “Gökdoğan”ın bu il inventara daxil olması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gökdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin