Ordu.az xəbər verir ki, bu barədə şirkətlərin mətbuat xidməti məlumat yayıb.
“Shield AI” şirkəti tərəfindən istehsal edilən PUA Avstraliya və Yeni Zelandiya bazarlarına təqdim olunacaq.
Şirkət bildirir ki, ABŞ və İsrail qüvvələri tərəfindən dünyanın “ən çox missiya qabiliyyətli qapalı PUA-sı” adlandırılan “Nova 2” GPS, rabitə və ya insan pilotu olmadan mürəkkəb yeraltı və çoxmərtəbəli binalarda avtonom naviqasiya etmək üçün yol planlaması və kompüter görmə alqoritmlərindən istifadə edir.
PUA Süni Zəka (SZ) texnologiyasından istifadə edərək avtonom şəkildə binaları axtarır, təhlükələri müəyyənləşdirir və real vaxt rejimində 3D çoxmərtəbəli xəritələr qurur, döyüş meydanının şəklini formalaşdırarkən bildirişlər vasitəsilə istifadəçini xəbərdar edir.
Sevinc Əliyeva
Ordu.az