“Rusiya 44 günlük müharibənin əsas təhrikçisi olub” – Babacanyan

2021/01/22332-1611830486.jpg
Oxunub: 926     17:06     11 Avqust 2022    
“Ermənistanın strateji müttəfiqi Rusiyanın addımlarını araşdırmaq hüququ var, çünki müttəfiq olmaq maraqların qarşılıqlı hörməti deməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Rusiyanın davranışı təəccüblü deyil.

“Bundan sonra siyasi fəaliyyət göstərmək istəyən hər hansı qüvvənin vəzifəsi Ermənistanda “müttəfiq” Rusiyanın hərəkətlərinə qiymət vermək olmalıdır. Əgər Ermənistanda hər hansı siyasi qüvvə müasir Rusiyanın və Moskva siyasi elitasının hərəkətlərini adekvat qiymətləndirmək, suallar yaratmaq, onların davranışlarını araşdırmaq iqtidarındadırsa, həmin qüvvə Ermənistanın mənafeyindən, Ermənistanın adından çıxış etmək hüququna malikdir.

Ermənistanın siyasi və qismən ictimai mühiti siyasi və psixoloji korrupsiya içindədir”, - deyə Babacanyan bildirib.

O vurğulayıb ki, Rusiya 44 günlük müharibənin əsas təhrikçisi olub.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin