Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qırıcı ötən ayın 8-də Aralıq dənizidə olan “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindən dənizə düşüb.
Hadisə zamanı şəxsi heyətin yüngül xəsarət aldığı və onun tam sağalacağı gözlənildiyi bildirilib, qəzanın necə baş verməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Sözügedən təyyarənin 2900 metr dərinlikdən uğurla çıxarıldığı bildirilir. Hadisənin necə baş verdiyi barədə daha çox məlumat açıq mənbələrdə öz əksini tapıb. Hadisənin uçuş zamanı deyil, təyyarənin göyərtədə uçuşa hazırlaşarkən baş verdiyi qeyd olunur. Təyyarənin düşməsinin qarşısını almağa çalışan dənizçi yaralanıb.
Görüntülərdə təyyarənin Siqonella aviabazasına gətirildiyi müəyyən edilib. İlkin qiymətləndirmələrdən sonra təyyarənin ABŞ-a göndərilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az