Erməni siyasi xadim: “Qarbağdakı ermənilərdə Rusiya sülhməramlılarına qarşı məyusluq yaranıb”

2022/08/1659780912.jpg
Oxunub: 1135     16:44     11 Avqust 2022    
Qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Azərbaycan rəsmiləri ilə birlikdə Laçını gəzib və yaxın günlərdə azərbaycanlılara təhvil veriləcək evləri göstərib”. Bu barədə “Aravot.am” nəşrinə Laçında qanunsuz məskunlaşan Satik Asatryan məlumat verib. Onun sözlərinə görə, sakinlər kəndin mərkəzinə toplaşıblar və onlar daha bir nəfər görüblər. “Azərbaycanlılar gəlib evlərimizə baxırdılar. Vitali evlərimizi göstərdi, bizi inandırdı ki, hər şey normaldır. Bütün bunlara baxanda nə baş verdiyini təsəvvür edə bilərik. Bir qadın Vitaliyə yaxınlaşıb dedi ki, sən bizim torpağımızı satmısan, bəs deyil?”, - deyə Asatryan bildirib.

Məlumatı qondarama qurumun Laçındakı “nümayəndəsi” Narek Aleksanyan təsdiqləyib.

“Evlərin göstərilməsi və ya buna bənzər bir şey yox idi. Vitali Balasanyan Azərbaycan rəsmilərinin, rus komandirlərinin yanında idi. Bir anlıq dayandılar, aralarında danışdılar və davam etdilər”, - deyə Aleksanyan bildirib.

Erməni siyasi xadim Tiqran Petrosyan deyib ki, məsələ mediada gedən müzakirələrdən daha dərindir.

“Vitali Balasanyanla bir türk öz maşını və Türkiyə nömrələri ilə yollarımızdan keçir. Arayik Harutyunyan və Vitali Balasanyan türklərin öz şirkətləri və texnikası ilə gəlib yolları təmir etməsinə razı olub. Laçın səfəri də təəccüblü deyil. Arayik və Balasanyan azərbaycanlıların dediyini edirlər. Mən onların atdığı müsbət addımları görmürəm. Yalnız təslim olurlar, təslim olurlar və təslim olurlar”, - deyə o qeyd edib.

Tiqran Petrosyan bildirib ki, Laçına səfərdə məqsəd azərbaycanlılara ermənilərin evlərini yandırmadığını göstərmək olub.

Petrosyan əlavə edib ki, əgər müharibədən sonra Qarabağdakı ermənilərin Rusiya sülhməramlılarına inamı çox yüksək idisə, son hadisələrdən sonra Rusiya sülhməramlılarına qarşı məyusluq yaranıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya  


Bizi "telegram"da izləyin