Rusiya XİN: Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır

2022/07/17399-1656692705.jpg
Oxunub: 484     13:11     11 Avqust 2022    
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.

“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, - o deyib.

İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Laçın  


Bizi "telegram"da izləyin