Rusiya XİN Nikol Paşinyana cavab verib

2022/03/789df-1648269763.jpg
Oxunub: 434     13:02     11 Avqust 2022    
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib.

Ordu.az xəbər verir ki, nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bu barədə sualı cavablandırıb.

“Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub”, - İ.Neçayev söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya  


Bizi "telegram"da izləyin