Çexiya İsraildən “Heron” PUA-ları almaq istəyir

2022/08/1660200037.jpg
Oxunub: 395     11:43     11 Avqust 2022    
Çexiya “Heron” tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) alınması üçün İsraillə danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin olaraq İsraildən yerüstü idarəetmə stansiyaları, məlumat terminalları və yük konteynerləri daxil olmaqla üç “Heron” alınması nəzərdə tutulub.

Yeni PUA-ların satın alınması Çexiya ordusunun PUA imkanlarını artırmaq təşəbbüsünün bir hissəsi kimi həyata keçirilir.

Nazirlik müqavilə üzrə danışıqların bu ilin sonuna qədər yekunlaşacağını gözləyir.

“Israel Aerospace Industries” şirkəti tərəfindən hazırlanmış “Heron” strateji və taktiki missiyalar üçün nəzərdə tutulan orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik müşahidə PUA-sıdır. Platforma 45 saata qədər havada qala bilir.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Heron  


Bizi "telegram"da izləyin