Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Kommunikasiya sisteminin sınaqlarının uğurla başa çatdığı bildirilir.
Sınaq zamanı şirkət ələ keçirici sisteminin sərt, düşmən mühitdə işləyən rabitə radio texnologiyasını nümayiş etdirib.
Şirkət qeyd edir ki, NGI və onun komponentləri mənfi hava şəraitində böyük sürətlə və geniş diapazonda məlumatları paylaşa və qəbul edə bilməlidir.
Uçuş zamanı situasiya xəbərdarlığını təmin etmək və raketi ələ keçirən elementlərin kompleks təhdidlərə effektiv cavab verməsini təmin etmək üçün bacarıq çox vacibdir.
Keçən il ABŞ-ın Raketdən Müdafiə Agentliyi Ordunun Alyaska və Kaliforniyadakı raket ələ keçirici sistemini əvəz edəcək yeni sistemi hazırlamaq üçün “Raytheon Technologies” və “Lockheed Martin” şirkətləri ilə müqavilə imzalayıb.
Təxmini dəyəri 17,7 milyard dollar olan NGI Şimali Koreya və İran kimi ölkələrdən gələn nüvə raketlərinin qarşısını ala biləcək.
Sevinc Əliyeva
Ordu.az