ABŞ Dəniz Piyadaları üçün yeni snayper tüfəngi hazırlanıb

2022/08/mrad--1660199928.jpg
Oxunub: 609     12:05     11 Avqust 2022    
ABŞ Dəniz Piyadaları Korpusu hazırda istifadə etdiyi M40A6 və Mk13Mod7 snayper tüfənglərini əvəz etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, köhnə silahlar “Barrett” şirkəti tərəfindən SOCOM-la (ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı) birlikdə hazırlanmış MK22 modul snayper tüfəngi ilə əvəz ediləcək.

MK22 daha ağır olsa da, inventarda olan snayper tüfənglərinin sayını 4-dən 3-ə endirəcək və snayperlərin effektivliyini artıracaq. Bir neçə snayper tüfəngini öyrənmək əvəzinə, snayperlər yalnız bir tüfəng öyrənəcəklər ki, bu da təlim prosesini asanlaşdıracaq.

Silah amerikalı dəniz piydaların hazırlıqda istifadə etdiyi snayper tüfənglərindən qat-qat effektivdir.

ABŞ Ordusu 2021-ci ilin aprelində “Precision Snayper Rifle” adlandırdığı tüfəng üçün 50 milyon dollarlıq müqavilə imzalayıb. Bu kontekstdə “Barrett” tüfənglərin ilk partiyasını 2021-ci ilin oktyabrında təhvil verib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Snayper  


Bizi "telegram"da izləyin