Ordu.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.
Bildirilir ki, gəmilər hərbi xarakter daşımadığından Türkiyə onların Bosfor boğazından keçməsinə icazə verir.
İyulun sonunda ABŞ-ın sanksiyaları altında olan ticarət gəmisi Suriyadan Rusiyaya gedərkən Bosfor boğazından keçib. Avropa kəşfiyyatçıları “II Sparta” gəmisinin hərbi maşınlar daşıdığını bildirirlər.
Məsələ ilə tanış olan ABŞ rəsmisi Amerika hökumətinin Rusiyanın hərbi yükləri Qara dənizdən keçirtmək üçün ticarət gəmilərindən istifadə etdiyinə inandığını, Avropa kəşfiyyatının məlumatlarının doğru olduğunu bildirib.
Nəşr bildirir ki, iyulun 17-25-də kəşfiyyat və peyk görüntülərinə görə, “II Sparta” gəmisi Rusiyanın istifadə etdiyi Suriyanın Tartus limanından hərbi maşınlar gətirib. Maşınlar Novorossiyskdə boşaldlıb.
Qeyd edək ki, Türkiyə fevralın 26-da Rusiya hərbi gəmilərinin Qara dənizdən keçməsinə qadağa qoyub.
Sevinc Əliyeva
Ordu.az