Rus sülhməramlılarla bağlı narahatlıq təklif deyil - Lavrov nəyə işarə edirdi?

2022/08/1659780912.jpg
Oxunub: 605     10:18     11 Avqust 2022    
Almaniyalı diplomat, ATƏT-in baş katibi Helqa Mariya Şmidin sözlərinə görə, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verir. Bu ifadə İrəvanda narahatlıq yaradıb.

“Hraparak” nəşrində dərc olunan məqalədə bu mövzu kontekstində Paşinyanın Rusiya sülhməramlılarına qarşı istifadə etdiyi ifadələrdən bəhs edilib. Paşinyan hökumətin iclasında 2020-ci ilin dekabrında başlayan hərbi qüvvələrin fəaliyyəti ilə bağlı bir çox fikir səsləndirib.

“Lavrov isə buna cavab olaraq bildirib ki, Ermənistandan Qarabağdakı sülhməramlılarla bağlı hər hansı təklif gəlməyib. Lavrov təkliflərin olmamasından danışır. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan “Facebook” səhifəsində yazıb ki, rus sülhməramlıları ilə bağlı təkliflər hələ 2021-ci ilin fevral ayında Rusiyaya təqdim olunub”, - deyə nəşr bildirir.

Məqalədə qeyd olunur ki, Ermənistan Rusiyaya narahatlığını bildirib. Bu, narahatlıqlar isə təklif deyil.

“Təəssüf edirəm ki, artıq beşinci ildir ki, hökumətə belə sadə şeyləri izah etmək lazımdır”, - deyə məqalə müəllifi fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sülhməramlı  


Bizi "telegram"da izləyin