Azərbaycan səfiri Kolumbiya Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

2022/08/1660194823.jpg
Oxunub: 322     08:12     11 Avqust 2022    
Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiyanın yeni seçilmiş Prezidenti Qustavo Petro ilə görüşüb.

Ordu.az xəbər verir ki, səfir bu barədə tviter hesabında bildirib.

M.Talıbov qeyd edib ki, Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb.

“Biz ikitərəfli münasibətlərimizin əhəmiyyətindən və əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən iqtisadi potensialından danışdıq”, - səfir qeyd edib.

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri daha əvvəl Kolumbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edib.

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro avqustun 8-də dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

O, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir. İyunun 19-da keçirilən seçkilərdə seçicilərin 50,4 %-i Petroya səs verib. Onun əsas rəqibi “Korrupsiyaya qarşı Hökmdarlar liqası” siyasi hərəkatını təmsil edən Rodolfo Hernandes isə 47,3 % səs toplayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya  


Bizi "telegram"da izləyin