BMT nümayəndəsi: "Ukrayna taxılını daşımağa marağı böyükdür"

2022/06/1655202227.jpg
Oxunub: 479     22:39     10 Avqust 2022    
BMT gəmi sahiblərinin Ukrayna taxılını daşımağa böyük maraq göstərdiyini müşahidə edir.

Ordu.az-ın xəbərinə görə, bunu BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki təmsilçisi Frederik Cey Kenni bildirib.

“Hesab edirəm ki, gəmi sahiblərinin daşımaları təmin etmək baxımından hazırlığı onların bu işə böyükl marağı olduğunu göstərir” – deyə diplomat qeyd edib.

Nümayəndə qeyd edib ki, hazırda İstanbuldakı mərkəz gəmilərin yoxlanma prosedurunun vaxtını azaltmaq üzərində işləyir: “Biz yoxlamaların dəqiqliyinə və tamlığına xələl gətirmədən onun vaxtını azaltmaq yolları barədə düşünürük”.

Kenni qeyd edib ki, təhlükəszilik səbəbindən yoxlamalar yalnız gündüz aparılır ki, bu da gəmilərin limanda qalma müddətini artırır. Ukrayna taxılını daşıyan gəmilərdə indiyədək qanunsuz yük aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna  


Bizi "telegram"da izləyin