Filippin Rusiyadan Mi-17 helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edir

2022/05/Spike-1651472800.jpg
Oxunub: 471     22:17     10 Avqust 2022    
Filippin Rusiyadan 16 ədəd Mi-17 helikopterinin alınması ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Arsenio Andolonq bildirib.

Onun sözlərinə görə, ölkə bununla bağlı rəsmi Moskva ilə diplomatik dialoqa başlamağa hazırlaşır.

Xatırladaq ki, iyulun sonunda Filippinin keçmiş milli müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkə hökuməti ABŞ-ın sanksiyalarından ehtiyat edərək Rusiya helikopterlərini almaqdan imtina etmək qərarına gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Rusiya   Mi-17  


Bizi "telegram"da izləyin