Rusiya üçün Türkiyə ilə münasibətlərdə Ermənistanla bağlı “qırmızı xətlər” yoxdur

2021/12/Untit-1640682865.jpg
Oxunub: 447     14:52     11 Avqust 2022    
“Rusiya üçün Türkiyə ilə münasibətlərdə Ermənistana güzəştlərlə bağlı “qırmızı xətlər” yoxdur”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas ekspert Andranik İspiryan deyib.

Onun sözlərinə görə, Rusiya vəziyyət imkan verdiyi qədər güzəştə gedəcək.

“Lakin Rusiya hələ o qədər də ciddi güzəştə getmək iqtidarında deyil, biz görürük ki, hər şey çox sürətlə inkişaf edir və Rusiyanın başına nə gələ biləcəyinə dair heç bir təminat yoxdur. Amma yaxın gələcəkdə belə bir təhlükə yoxdur”, - deyə o vurğulayıb.

İspiryanın fikrincə, Rusiyanın Ukraynadakı işləri nə qədər pis olarsa, Cənubi Qafqazın, o cümlədən Ermənistanın Rusiya üçün əhəmiyyəti bir o qədər azalır.

“Tarix göstərir ki, regionda qərarlar çox vaxt bizim maraqlarımız hesabına qəbul edilirdi. Həmin təhlükə bu gün də mövcuddur. Ukraynada problemlər dərinləşdikcə ən ciddi təhlükə Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı yaranır. Vəziyyətin mürəkkəbliyini anlayan Türkiyə Rusiyanın başqa istiqamətlərdə mövqelərini qoruyub saxlamasına çalışır”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin