Erməni deputat: “Rusiyanın Mehri-Əkərək yolu ilə bağlı açıqlaması daha çox bəhanəyə bənzəyir”

2022/06/Untit-1654595720.jpg
Oxunub: 533     11:10     11 Avqust 2022    
“Rusiyanın Mehri-Əkərək yolu ilə bağlı açıqlaması daha çox bəhanəyə bənzəyir”.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.

O bildirib ki, 44 günlük müharibədən 10 gün sonra İranın yüksək rütbəli rəsmiləri ilə görüşüb və Azərbaycanın Zəngəzurdan keçən və əks istiqamətdə Naxçıvana yol ala biləcəyi sualından sonra nə baş verəcəyi ilə maraqlanıb.

“Mənə dedilər ki, Rusiya Azərbaycan karvanlarının müşayiəti ilə bağlı tədbirlər barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat verib. Ona görə də mənə elə gəlir ki, bütün bunlar həmin sazişlərin həyata keçirilməsinin yeni mərhələsidir”, - deyə Beqlaryan qeyd edib.

O, bunun Qafanda İran konsulluğunun açılması planları ilə bağlı ola biləcəyini istisna etməyib. “Mən deyə bilmərəm ki, bu, təzyiqdir, amma yəqin ki, bu, İranın Baş Konsulluğunun hansı nümayəndəliyə malik olacağı ilə bağlı İranla danışıqlar aparmaq imkanı yaradır”, - deyə erməni deputat vurğulayıb.

O, gömrük məntəqəsində Ermənistan hüquq-mühafizə orqanlarının olduğunu və bütün bu məsələlərin İran tərəfi ilə həmişə müzakirə edildiyini xatırladıb. “Mən Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm”, - deyə Beqlaryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin