Ceyhun Bayramov postmünaqişə dövründəki vəziyyətlə bağlı əlcəzairli həmkarını məlumatlandırıb

2022/06/d1df5-1656317232.jpg
Oxunub: 616     12:38     10 Avqust 2022    
“Regiondakı son durum, postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər barədə həmkarımı məlumatlandırdım".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarımı məlumatlandırdım. Ötən ay ilk məcburi köçkünlərimizin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə qayıtması baş tutdu. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Əlcəzair  


Bizi "telegram"da izləyin