XİN başçısı: "Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur"

2022/08/49357-1660054187.jpg
Oxunub: 500     17:41     09 Avqust 2022    
“Azərbaycanda olan bütün diplomatik missiyaların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur və bundan hər kəs faydalanır, o cümlədən Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi və orada işləyən diplomatlar”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Biz eyni yanaşmanı Birləşmiş Krallıqdan gözləyirik. Eyni zamanda, ikinci gözləntimiz ondan ibarətdir ki, Birləşmiş Krallığın müvafiq orqanları bu cinayəti törədən şəxslər, bu cinayətin arxasında duran qüvvələrin müəyyən edilməsi istiqamətində çox ciddi araşdırmalar aparacaq və biz həmin nəticələri gözləyirik”, - C.Bayramov vurğulayıb.

XİN başçısı əlavə edib ki, Azərbaycan bu kimi öz öhdəliklərinə çox ciddi yanaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Səfirlik  


Bizi "telegram"da izləyin