Ermənistan-İran sərhəddində terrorçu qruplar| Putin-Paşinyan telefon danışığında nə müzakirə olunub?

2022/08/1659972542.jpg
Oxunub: 1355     21:10     09 Avqust 2022    
Avqustun 8-də Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Kremlin rəsmi saytının verdiyi məlumata görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Paşinyan-Putin telefon danışığı ilə bağlı Ermənistan və Rusiya tərəflərinin mesajlarının praktiki olaraq eyni olduğunu qeyd etmək yerinə düşər. “Onlar Qarabağ ətrafındakı vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər”, - deyə açıqlamalarda bildirilir.

Bu kontekstdə tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini təsdiqləyib.

Ermənistan və Rusiya tərəflərinin mesajlarının oxşarlığının nədən qaynaqlandığını söyləmək çətindir. Bu, yanaşmanın eyniliyinin göstəricisidir, yoxsa əslində kifayət qədər geniş söhbət olub, sadəcə olaraq, tərəflər konkret olaraq bu haqda geniş açıqlama verməmək barədə razılığa gəliblər? Hər halda, Paşinyan-Putin telefon danışığı son 7 gündə ikinci dəfə baş tutur. Əvvəlki avqustun 2-də, Laçında baş verən təxribatdan əvvəl baş tutub.

Avqustun 2-də təkcə Putin-Paşinyan deyil, Lavrov-Mirzoyan arasında da telefon danışığı olub. Avqustun 3-də eskalasiyadan sonra Ermənistanın baş naziri Paşinyan Rusiyanın sülhməramlı missiyasının mandatının yerinə yetirilməsi zərurətini bəyan edib və qeyd edib ki, əgər bu mandat işləmirsə, İrəvan beynəlxalq mexanizmləri cəlb etməklə bu mandatın səmərəliliyini artırmaq üçün səylərini artıracaq.

Bununla bağlı Moskvadan iki reaksiya gəldi. Kremlin sözçüsü Peskov yaxın ikitərəfli təmasların erməni tərəfinin məsələlərini aydınlaşdırmağa imkan verəcəyini açıqlayıb, Rusiyanın xarici işlər naziri Lavrov isə İrəvanın təkliflərindən xəbərsiz olduğunu açıqlayıb. İrəvan buna cavab olaraq Xarici İşlər Nazirliyinin sözçüsü vasitəsilə Ermənistanın 2021-ci ilin fevralında öz narahatlığını artıq Rusiya Federasiyasının ali rəhbərliyinə çatdırdığı barədə məlumat yayıb.

Bütün bunlarla paralel olaraq, Laçın dəhlizinin yeni yolu ilə bağlı məsələ faktiki olaraq kəskinləşib. 10 noyabr tarixli üçtərəfli sazişdə bu yolun üç il müddətinə hazırlanması qeyd olunsa da, Ermənistan bunun üçün addımlar atmaq istəmir. Azərbaycan Rusiya sülhməramlıları vasitəsilə tələb irəli sürüb ki, Laçın və Zabux təhvil verilməlidir.

Bundan əlavə, Ermənistandan gələnlərin Qarabağa giriş qadağası ilə bağlı bir sıra səs-küylü hallar qeydə alınıb. Əvvəlcə Raffi Hovhannisyanın, daha sonra iki qrup jurnalistin Qaranağa daxil olmasına qadağa qoyulb. Beləliklə, Paşinyan-Putin telefon danışığında hansı geniş məsələlərin müzakirə oluna biləcəyi və onların həlli istiqamətində həmin telefon danışığının hansı konkret nəticəsinin ifadə olunacağına baxmaq lazımdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan-Rusiya yüksək səviyyəli telefon danışığı Ermənistan-İran sərhədi ətrafında kifayət qədər mübahisəli mənzərə fonunda baş verir. Avqustun 8-də Rusiya sərhəd xidməti Ermənistanda Ermənistan-İran sərhədində əməliyyat vəziyyətinin gərgin olduğu, narkotiklərin tranziti hallarının artdığı, o cümlədən ekstremist terrorçu qrupların ölkəyə daxil olma cəhdləri barədə məlumat yayıb.

Qeyd etmək lazımdır ki, bundan əvvəl Putin-Ərdoğan görüşüb, həmin gün Blinken-Paşinyan və Blinken-İlham Əliyev arasında telefon danışıqları olub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin