“Arayik müharibəni ört-basdır etmək əməliyyatında “qurban” kimi öz yerini alacaq” - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 880     19:51     09 Avqust 2022    
“Ermənistan və Qarabağ ətrafında yaranmış ağır vəziyyət şəraitində Ermənistan hökuməti özünün tipik işi ilə mövcud və gözlənilən ağır itkiləri bu və ya digər şəxsin üzərinə yıxmaq üçün işləyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində qeyd edib.

O qeyd edib ki, bu mərhələdə əsas günahkar Arayik Harutyunyan, uzunmüddətli perspektivdə Qarabağdakı ermənilər olacaq.

“Düzdür, ənənəvi xətt qorunub saxlanılır: “Hər şeydə ruslar günahkardır” amma Arayik Arutyunyanın xarakteri məsuliyyət daşımaq üçün idealdır.

Döyüşləri ört-basdır etmək əməliyyatında Arayik “qurban” kimi daimi yerini alacaq, sadəcə olaraq, onun növbəsi hələ çatmayıb, sırada hələ çoxlu əsgər var.

Paşinyanın hökumətin əvvəlki iclasında ictimaiyyəti inandırmağa çalışdığı sirkdə Laçının niyə təslim edildiyini və aylardır azərbaycanlıların hansı yeni yol çəkdiyini bilməməsi buna sübutdur. Daha çox “qaydasız döyüşlər” turnirini xatırladan pərdə arxasında gedən qızğın söhbətlər də budur”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin