Türkiyə Ukraynaya 50 ədəd "Kirpi" zirehli transportyoru verib

2022/08/62f25-1660050703.jpg
Oxunub: 930     17:11     09 Avqust 2022    
Ukrayna ordusu 50 ədəd Türkiyə istehsalı "Kirpi" zirehli transportyorunu qəbul edib.

Ordu.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin “Kaxovka” əməliyyat qrupu yayıb.

Bildirilib ki, tezliklə əlavə 150 zirehli transportyorun da Ukraynaya çatdırılması gözlənilir.

Qeyd edək ki, minaya və partlayışa davamlı gövdəyə malik "Kirpi" 13 nəfərə qədər şəxsi heyəti daşımağa qadirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin