Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

2022/08/62f24-1660044466.jpg
Oxunub: 470     15:27     09 Avqust 2022    
Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi əlillərinə qayğısının növbəti təzahürü olan birdəfəlik ödəmələrin verilməsi proqramı uğurla icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, məlumatları e-sistemlərdə olan daha 700 Birinci Qarabağ müharibəsi əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.


Vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏSMN  


Bizi "telegram"da izləyin