Səudiyyə Türkiyə ilə müxtəlif növ PUA-ların hazırlanması ilə bağlı danışıqlar aparır

2022/08/Saudi-1660040472.jpg
Oxunub: 444     11:43     10 Avqust 2022    
Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Elm və Texnologiya Şəhəri (KACST) təşkilatı hazırda Türkiyə ilə müxtəlif növ PUA-ların hazırlanmasına başlamaq üçün danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Tactical Report” nəşri məlumat yayıb.

Danışıqlar “Baykar” şirkəti ilə aparılır. “Baykar” dünyaca məşhur “Bayraktar TB2” platformalarını istehsal edən türk şirkətidir.

Bir neçə ildir ki, Səudiyyə Ərəbistanı quru, hava və dəniz sektorlarında yerli müxtəlif növ hərbi və təhlükəsizlik texnikasını inkişaf etdirmək və istehsal etmək məqsədilə müdafiə sənayesini modernləşdirmək proqramına başlayıb.

Səudiyyə Ərəbistanının məqsədi 2030-cu ilə qədər hərbi texnika xərclərinin 50 faizindən çoxunu yerliləşdirməkdir. Ölkə artıq ehtiyat hissələri, zirehli maşınlar və əsas döyüş sursatları təmin edən daha az mürəkkəb sənaye sahələrini inkişaf etdirməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Türkiyə  


Bizi "telegram"da izləyin