ABŞ Braziliyaya “Javelin”lərin satılmasına razılıq vermir

2022/08/1660040127.jpg
Oxunub: 470     15:42     09 Avqust 2022    
ABŞ Braziliyanın təxminən 100 milyon dollar dəyərində 220 “Javelin” tank əleyhinə raketlə bağlı təklifini dondurmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbələrin sözlərinə görə, buna səbəb ABŞ senatorlarının Braziliya prezidenti Jair Bolsonaronun öz ölkəsinin seçki sisteminə “hücumlar” etməsi ilə bağlı iddiaları olub.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Braziliya ABŞ-ın 45-ci prezidenti Donald Tramp dövründə “Javelin” almaq üçün müraciət edib. Dövlət Departamenti ABŞ-ın bir neçə yüksək vəzifəli rəsmisinin etirazlarına baxmayaraq, 2021-ci ilin sonunda təşəbbüsü təsdiqləyib.

ABŞ bu təklifi rəsmi olaraq rədd edərsə, Braziliya Çindən “Javelin”in daha ucuz variantı olan HJ-12 tank əleyhinə raket sistemlərini almağı düşünə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Javelin  


Bizi "telegram"da izləyin