Ceyhun Bayramov: "Hərbi münaqişələr bəşəriyyəti qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur"

2022/08/44444-1659978067.jpg
Oxunub: 631     20:12     08 Avqust 2022    
Soyuq müharibədən sonra qloballaşma tendensiyası müsbət proseslərlərlə yanaşı təhdid konsepsiyasını yenidən şəkilləndirərək, genişlətmiş və şaxələndirmişdir.

Ordu.az xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, təhdid termini dövlətlərarası münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayaraq, transmilli və beynəlxalq təhdidləri də özündə əks etdirir.

“Hər kəsə aydındır ki, artıq heç bir dövlət ənənəvi yeni növ təhdidlərlə tək başına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin təməlini təşkil edən ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılsaydı bu gün bir çox münaqişə və ədalətsizliklərin qarşısı alınardı”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, həm iqlim dəyişikliyi, həm də hərbi münaqişələr və onların iqtisadi nəticələri bəşəriyyəti qida qıtlığı kimi qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur: “Bu gün Ukrayna ətrafında yaşanan hadisələr ciddi narahatlıq yaradır və bir daha beynəlxalq sistemin bütün aktorlarına xatırladır ki, dünyanın istənilən bir yerində baş verənlər hər birimizə təsir edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin