Almaniya səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

2022/07/b565f-1657861436.jpg
Oxunub: 447     17:12     08 Avqust 2022    
Almaniya səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, Hamburq şəhərində az sayda İslama düşmən şəxslərin Quranı və İslam müqəddəslərini təhqir etməsinin ardınca Almaniya səfirliyinin Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyi Tasua günü edilən bu təhqiri pisləyərək bunu nifrət, zorakılıq və ekstremizmin bariz nümunəsi hesab etdiyini bildirib.

Bildirilib ki, İran Almaniya hökumətinin bu məsələdə məsuliyyət daşıdığını hesab edir və bu hücumun səbəbkarlarına qarşı qəti addımların atılmasını tələb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   almaniya  


Bizi "telegram"da izləyin