Türkiyə F-16-ların “Blok 70” konfiqurasiyası ilə bağlı “Lockheed”lə müqavilə imzalayacaq

2022/08/F-16V-1659961429.jpg
Oxunub: 651     16:58     08 Avqust 2022    
Türkiyə Milli Müdafiə Nazirliyi F-16 qırıcılarının “Blok 70” konfiqurasiyası ilə bağlı “Lockheed Martin” şirkəti ilə “off-set” müqaviləsi imzalayacaq.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilənin bu ilin sonuna kimi imzalanması planlaşdırılır.

Türkiyə 40 ədəd F-16 “Blok 70” təyyarəsinin tədarükü və 79 ədəd F-16 “Blok 40” və 50+ təyyarələrinin “Blok 70” səviyyəsinə modernləşdirilməsi üçün ABŞ-a müraciət edib. Bu çərçivədə 25 may 2022-ci ildə ABŞ Müdafiə və Əməkdaşlıq İdarəsinə (ODC-T) sorğu məktubu göndərilib.

Razılaşmanın məqsədi Türkiyənin Müdafiə Sənayesi şirkətlərinin beynəlxalq arenada ixracat dərəcələrini artırmaq, yerli və milli müdafiə sənayesinin inkişafına töhfə vermək və tədiyyə balansı ilə bağlı meydana gələ biləcək mənfi təsirləri azaltmaqdır.

İmzalanacaq ofset sayəsində “Lockheed Martin” F-16 “Blok 70” satışı çərçivəsində müəyyən sahələrdə Türkiyənin müdafiə sənayesi şirkətlərinə iş verməli olur.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   Türkiyə  


Bizi "telegram"da izləyin