Türkiyənin amfibiya tipli zirehli döyüş maşını gələn ay inventara daxil ediləcək

2022/08/zaha--1659961335.jpg
Oxunub: 616     19:20     09 Avqust 2022    
Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilən ZAHA amfibiya tipli zirehli döyüş maşını gələn ay ölkənin Silahlı Qüvvələrinə təhvil veriləcək.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri sentyabr ayında maşınları inventara daxil edəcək.

Zirehli maşınlar “TCG Anadolu”, “TCG Sancaktar” və “TCG Bayraktar” gəmilərində xidmət göstərə biləcək.

ZAHA sayəsində dəniz piyadaları desant əməliyyatları zamanı həm quruda, həm də suda hərəkət edə bilən bir vasitəyə sahib olacaqlar. ZAHA qabaqcıl silah sistemləri ilə təchiz olunub.

ZAHA 24 (21 dəniz piyadası + 3 ekipaj) personalı daşımaq qabiliyyətinə, yüksək atəş gücünə, suda hərəkət sisteminə, 12,7 mm uzaqdan idarə olunan top qülləsinə və 40 mm diametrli avtomatik qumbaraatana malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ZAHA  


Bizi "telegram"da izləyin