Türkiyə ordusuna “Togan” PUA-ları təhvil verilib

2022/08/Togan-1659961194.jpg
Oxunub: 1036     17:39     08 Avqust 2022    
Türkiyə Silahlı Qüvvələrinə STM şirkəti tərəfindən hazırlanan “Togan” PUA-ları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir məlumat verib.

Tədarüklərin sayı barədə məlumat verilməyib. Kəşfiyyat, müşahidə və Nəzarət fəaliyyətlərində istifadə olunacaq “Togan” artıq Türkiyə təhlükəsizlik güclərində fəaliyyətə başlayıb.

“Togan” unikal uçuş idarəetmə sistemi və missiya planlama proqramına malikdir. Havada missiyaları avtonom şəkildə dəyişə bilən sistem operatorlara fasiləsiz və uzunmüddətli müşahidə qabiliyyəti təklif edir.

Platforma 10 kilometr məsafədə 45 dəqiqə işləyə bilir. “Togan” gündüz və infraqırmızı görüntü sistemləri ilə 30x optik böyütmə səviyyəsi ilə gecə-gündüz effektiv əməliyyat təklif edir. Orijinal avtopilot və kompüter görmə proqramı sayəsində platforma hərəkət edən hədəfləri avtonom şəkildə izləyə bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TOGAN  


Bizi "telegram"da izləyin